Messi: "Baş hakim hər zibilə vərəqə göstərirdi"

3 İyul 2019 14:03 (UTC+04:00)

"Düşünürəm ki, turnirdə ən yaxşı oyunumuzu göstərdik. Çalışdıq, ancaq qol epizodlarından yararlana bilmədik. Zərbələrimiz qapı tirinə tuş gəldi".

Bu sözləri Argentina millisinin kapitanı Lioenel Messi Amerika kubokunun yarımfinalında Braziliyaya uduzduqları oyundan (0:2) sonra deyib.

O, hakimlərin Argentinaya qarşı qərəzli olduğunu, rəqibin lehinə qərarlar verdiyini bildirib: "Braziliya bizdən üstün deyildi, çirkin qayda pozuntuları edirdilər. Rəqib bir epizodda əllə oynadı, ancaq hakimlər bir dəfə də VAR-dan istifadə etmədi. Bu, inanılmazdır. Görüşün baş hakimi hər zibilə vərəqə göstərirdi, ancaq rəqibin lehinə qərar verirdi".

Qeyd edək ki, Argentina bu məğlubiyyətlə turnirlə vidalaşıb, Braziliya isə finala çıxıb.