Dərinizin gözəlləşməsi üçün ərik şirəsi için

17 May 2013 17:08 (UTC+04:00)

İnsan sağlamlığı üçün faydalarını saymaqla bitməyən əriyin, sağlam bir dəriyə sahib olmaq istəyənlər üçün çox xeyirli olduğunu bildiriblər. Movqe.Az-ın məlumatına görə, mütəxəssislər, gündə bir stəkan ərik şirəsinin gündəlik A vitamini ehtiyacının böyük hissəsini qarşıladığını söyləyirlər. Onların verdiyi məlumatlara görə, solğun və xəstə bir dəridən xilas olmaq üçün gündə bir stəkan ərik şirəsi qəbul etmək lazımdır. Ərik şirəsinin vitamin və mineral baxımından son dərəcə zəngin olmasının, hamar bir dəri üçün əhəmiyyətli olduğunun vurğulayan mütəxəssislər, onun bədəndəki zərərli toksinləri atmağa köməkçi olduğunu da vurğulayıblar. Ərik şirəsinin içində bol miqdarda kalium, kalsium, dəmir və A vitamininə çevrilə bilən beta-karoten olduğunu söyləyən mütəxəssislər, ərik meyvəsinin keçmişdə dəriyə qulluq məhsulu olaraq da istifadə edildiyi qeyd ediblər.