Azərbaycan Premyer Liqasında rəmzi komandaya ən çox düşən futbolçular açıqlandı

3 İyul 2019 15:45 (UTC+04:00)

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2018/2019 mövsümündə rəmzi komandaya ən çox düşən futbolçular açıqlanıb.

Goal.az-ın məlumatına görə, siyahıda ölkə çempionu Qarabağ-ın 8 futbolçusu yer alıb.

"Neftçi"dən 3, "Qəbələ"dən isə 1 oyunçu mövsümün komandasına düşə bilib. “İnstat Sport” şirkətinin mövsüm ərzində açıqladığı həftənin komandasına ən çox Səlahət Ağayev ("Neftçi"), Abdullah Zubir vəMahir Emreli (hər ikisi "Qarabağ") seçilib. Onlar 10 dəfə "11-lik"də yer alıblar.

"Qarabağ"dan Dani Kintana ilə Donald Gerye və "Qəbələ"dən Ceyms Adeniyi 9, Ağdam təmsilçisinin digər oyunçuları - Filip Ozobiç, Miçel Madera və Bədavi Hüseynov 8 dəfə rəmzi komandaya düşüblər.

"Qəbələ"dən "Neftçi"yə keçən Voislav Stankoviç və flaqmanın digər müdafiəçisi Kiril Petrov hərəyə 6, Maksim Medvedev və Abbas Hüseynov (hər ikisi "Qarabağ") isə hərəyə 5 dəfə "11-lik"də olublar.