İyunda Niderland ticarət nümayəndə heyəti Azərbaycana səfər edəcək

17 May 2013 17:00 (UTC+04:00)

Niderlandın Azərbaycandakı səfiri Aryen Uyterlinde "APA-Economics"ə bildirib ki, nümayəndə heyətinə alternativ enerji və turizm sahəsində çalışan şirkətlərin təmsilçiləri daxil olacaq.

 

Onun sözlərinə görə, qonaqlar Azərbaycan və Hollandiyanın regionları arasında əlaqələrin inkişaf perspektivlərini müzakirə edəcəklər.

 

Səfir Azərbaycanla Hollandiyanın ticarət sahəsində əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayıb: "Son üç ildə Hollandiya Azərbaycana ixracın həcmini iki dəfə artırıb. Ötən il tərəflər arasında ticarət dövriyyəsinin həcmi 300 mln. avro təşkil edib. Azərbaycanla ticarət əlaqələri qurmaq istəyən Hollandiya şirkətlərinin sayı getdikcə artır".