Siyəzəndə avtomobil yolayrıcına çırpıldı - Sürücü öldü

4 İyul 2019 23:00 (UTC+04:00)
Siyəzən rayonunun Zarat kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, iyulun 3-də saat 8 radələrində Siyəzən rayonunun Zarat kəndi ərazisində Abşeron rayon sakini Elçin Namazov idarə etdiyi "VAZ-2107" markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb, sərnişini olan 9 yaşlı oğlu Toğrul xəstəxanaya yerləşdirilib.