Dırnaq boyası çəkməyin incəlikləri

17 May 2013 18:25 (UTC+04:00)

Dırnaq boyası çəkərkən diqqət yetirilməsi lazım olan şeylərdən biridə dırnaq kəsimi və formasıdır. Uzun və oval dırnaqlara sahibsinizsə açıq rəng tonlar sizdə daha yaxşı görünəcək. Movqe.Az-ın məlumatına görə, dırnaqlarınız küt və qısa isə tünd rəng lakları seçim edin. Dırnaqlarınıza qoruyucu sürtmədən əvvəl mütləq nəmləndirməyi unutmayın. Dırnaq boyası çəkməzdən əvvəl əlləri isti suyla və sabunla yaxşıca yuyub təmizləmək lazımdır. Boyadan əvvəl dırnaq uclarına daha sıx olmaq şərtiylə qoruyucu sürtmək lazımdır. Bunu etməklə boyanın istifadə müddəti uzanar. Dırnaq boyasının hamar görünməsi üçün ilk qatını incə bir şəkildə sürtmək lazımdır. Boyanı çəkərkən dırnaqların başlarından başlayaraq ucuna doğru aparılmalıdır. Qırılan dırnaqlardan şikayət edirsinizsə mütləq tərkibində vitamin olan məhsulları seçim edin.