Prezident İlham Əliyev Xalq artistinə mənzil verib

5 İyul 2019 11:25 (UTC+04:00)

Prezident İlham Əliyev teatr və kino aktyoru, Xalq artisti Məmmədsəfa Qasımova mənzil hədiyyə edib. 

Bu barədə "Report"a M.Qasımov özü məlumat verib.

O bildirib ki, mənzilin açarları bu gün təqdim olunacaq: "Prezident İlham Əliyevə təşəkkür edirəm. Dövlət başçısı mənə çox böyük diqqət göstərib. Artıq mənzilin sənədlərini götürmüşəm. Bu gün gedib evimə baxacam".