Goranboyda 6 yaşlı uşağı avtomobil vurub

5 İyul 2019 11:46 (UTC+04:00)

Goranboy rayonunda piyadanın xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Hazırəhmədli kənd ərazisində qeydə alınıb.

Müxtəlif bədən xəsarətləri alan 2013-cü il təvəllüdlü piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.