Villareal keçmiş Real Madrid-lini transfer etdi

5 İyul 2019 21:29 (UTC+04:00)

Villarreal heyətini iki yeni futbolçuyla gücləndirib.

Goal.az xəbər verir ki, La Liqa təmsilçisi Napoli-dən Raul Albiolu, Eibar-dan isə Ruben Penyanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

33 yaşlı müdafiəçi Albiolla 3 illik, 27 yaşlı yarımmüdafiəçi Penya ilə isə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Raul Albiol 2009-2013-cü illər aralığında Real Madrid-də çıxış edib. 52 dəfə də İspaniya millisində forma geyinən futbolçu, 2013-cü ildən Napoli-nin şərəfini qoruyurdu.