Türkiyə millisinin üzvü İtaliya A Seriyasına keçir

5 İyul 2019 15:33 (UTC+04:00)

Türkiyə millisinin və Beşiktaş-ın müdafiəçisi Dorukhan Toköz klubunu dəyişə bilər.

Goal.az xəbər verir ki, 23 yaşlı futbolçu ilə İtaliya A Seriyasının təmsilçisi Udinese maraqlanır. İtaliya mətbuatı bildirir ki, artıq klub rəhbərliyi Toközlə şəxsi razılığa gəliblər.

Qeyd edək ki, Dorukhan Toköz son mövsüm ərzində Beşiktaş forması ilə 25 oyunda iştirak edib və 3 qol vurub.