Gülər Əhmədovanın nümayəndəsi Zülfiyyə Bayramova sabiq millət vəkilinin psixiatr müayinəsindən keçməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Movqe.az –a bu barədə danışan hüquqşunas Zülfiyyə Bayramova deyib ki, sabiq millət vəkilinin hadisələrin ilk günlərində psixoloji durumu pis olduğu üçün, psixoloq-psixoterapevt Dəyanət Rzayevə müraciət edib: "Bəli həmin ərəfədə G. Əhmədovanın psixoloji durumunun pis olduğunu görüb Dəyanət Rrzayevə müraciət etdim ki, Gülər xanımla görüşsün. O da Gülər xanımla görüşdü. Hətta ölkənin baş psixiatrı Gəray Gəraybəyli ilə də danışdı və onun mütləq müalicə almasını məsləhət gördü. Amma, Gülər xanım müalicə olunmağı qəbul etmədi. Hələ o zaman Gülər xanım azadlıqda idi. İndi bəzi boşboğazlar deyir ki, güya indi Gülər Əhmədova məsuliyyətdən yayınmaq üçün psixoloji durumu ilə bağlı bəhanə gətirir. Əgər Gülər xanımın belə məqsədi olsaydı elə o zaman bunu edərdi. Daha müalicədən boyun qaçırmazdı. Gülər xanımın durumuna şübhə edənlər bir anlıq özlərini onun yerinə qoysalar bu hadisəni nəinki yaşamaq, xəyalı belə onları dəli edər".