Əflatun Amaşov: "Şikayətlərin çoxu elektron mediada dəqiqləşdirilməmiş məlumatların yazılması ilə bağlıdır"

17 May 2013 18:15 (UTC+04:00)

"Elektron media ilə bağlı şikayətlərin çoxu yalnış məlumatların saytlara yerləşdirilməsi, qarşı tərəfin mövqeyi olmadan informasiyaların yazılması və jurnalistlərin peşə davranış qaydalarını pozması ilə bağlıdır".

Bu sözləri Movqe.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov söyləyib. Ə. Amaşov bildirib ki, elektron media ilə bağlı Şurada yaradılan Komissiyaya ona yaxın şikayət daxil olub: "Komissiya şikayətləri araşdırır. Şikayətlərin çoxu elektron mediada dəqiqləşdirilməmiş məlumatların yazılması ilə bağlıdır".