Keçəlləşmə problemini kökündən həll edəcək müalicə

7 İyul 2019 21:33 (UTC+04:00)

Son aparılan araşdırmalar nəticəsində keçəlləşmə probleminə həll tapıla bilər.

Elm insanları, kök hüceyrələri istifadə edərək təbii görünüşlü saç meydana gətirə biləcəklərini kəşf etdi. Bu inkişafın nəticəsində keçəlləşmə probleminin yaxında ortadan qaldırıla biləcəyi düşünülür.

Amerikalı elm insanları, insanların pluripotent kök hüceyrələrindən alınan dermal papilla hüceyrələrini istifadə edərək siçan dərisində tük çıxara bildiklərini ifadə etdi. Mütəxəssislər, araşdırmalarının nəticələrini, Los-Ancelesdə reallaşan Beynəlxalq Kök Hüceyrə Araşdırması Birliyi yığıncağında paylaşdı.

Araşdırmada iştirak edən Aleksey Terskik, mövzuyla bağlı belə danışdı: "Artıq güclü, idarə edilə bilən bir üsulla birlikdə, insanların xəbərdar edilmiş pluripotent kök hüceyrələrindən alınan dermal papilla hüceyrələriylə birlikdə təbii görünən tüklər yetişdirə bilirik. Bu, hüceyrə əsaslı saç tökülməsi müalicələri və regenerativ tibb mövzusunda böyük bir inkişafdır".

Araşdırmaçılar bu əməliyyatı insanlar üzərində sınamaq mövzusunda səbirsizlikləndiklərini və sadə bir qan alışı nəticəsində əldə edilə biləcək sərhədsiz kök hüceyrə anbarı olduğunu ifadə etdi.

Keçəlləşmə ümumiyyətlə 50 yaşdan yuxarı kişilərin yarısını təsirləyərkən, bir çox kişinin yetkinlikdən etibarən saç tökülmələriylə qarşılaşdığı ifadə edilir. Bu işlərin gələcəkdəki keçəllik problemini ortadan qaldıra biləcəyi düşünülür.