Hülya Avşar Kann film festivalında

17 May 2013 19:28 (UTC+04:00)

Məşhur bir ləl-cəvahirat firmasının üzü olaraq Kann film festivalına gedən türkiyəli müğənni Hülya Avşar 16 milyon türk lirəsi dəyərindəki cəvahiratla qırmızı xalçadan keçəcək. Movqe.Az türk mediasına istinadən bildirir ki, 26 maya qədər davam edəcək olan festival üçün modelyeri Melih Yazgan, 15 hissəlik bir kolleksiya hazırlayıb. Avşar, Kann film festivalında qalacağı müddət içində iki dəfə qırmızı xalçadan keçəcək. Hülya Avşar, vizajist, assistent, stilist və qorumalarından ibarət olan 15 nəfərlik qrupuyla sabah Kannda olacaq.