UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Şəkinin Xan Sarayı ilə birgə tarixi mərkəzi nominasiyası müzakirəyə çıxarılıb

7 İyul 2019 14:14 (UTC+04:00)

Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının bu gün keçirilən növbəti iclasında Şəkinin Xan Sarayı ilə birgə tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı fayla baxılıb.

Movqe.az-ın məlumatına görə, ICOM-un hesabatı dinlənildikdən sonra müzakirələrə başlanıb.

Qeyd edək ki, 2017-ci ildə Polşanın Krakov şəhərində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında ölkəmiz tərəfindən təqdim edilən “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya müzakirə olunub.

Xatırladaq ki, iyunun 30-da Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası öz işinə başlayıb.

Sessiyada iştirak etmək üçün Səudiyyə Ərəbistanın Mədəniyyət naziri Şahzadə Bader Bin Abdullah, Bosniya və Herseqovinanın Xarici İşlər naziri Draqan Covic, Kamboca Respublikasının Mədəniyyət və İncəsənət naziri Sackona Foeunq, Özbəkistanın Mədəniyyət naziri Bəxtiyar Sayfullayev, Fil Dişi Sahili Respublikasının Mədəniyyət naziri Kouakou Mauris Bandaman, Tatarıstan Mədəniyyət naziri İradə Eyyubova, İraq Respublikasının Mədəniyyət naziri Əbdüləmir Madhi, Bolqarıstan Mədəniyyət naziri Boil Banov, Pakistan İslam Respublikasinin Mədəniyyət ve Turizm naziri Sayed Sardar Ali Şah, İspaniya Krallığı Kanar Adalarının Mədəniyyət, Turizm və İdman naziri Isak Kasteyano, Myanma İttifaqı Respublikasinin Mədəniyyət və Dini İşlər naziri Ang Ko Tura, Pakistan İslam Respublikasının Pəncab Vilayətinin Təhsil və Turizm naziri Yasir Humayun, Laos Xalq Demokratik Respublikası İnformasiya Mədəniyyət və Turizm naziri Bosenqxam Vondara, Kamerun Respublikasının Meşə Təsərrüfat naziri Ndonqo Jules Doret, Uqanda Respublikası Turizm və Əntiq Əşyalar naziri Əmfraim Kamuntu, Şimali Makedoniya Respublikasinin Diaspora İşlər naziri Edmond Adəmi ölkəmizə səfər ediblər.

Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında dünyanın 180-dan artıq ölkəsindən 2500 nəfərdən çox nümayəndə iştirak edir.