Bakıda gül mağazasında yanğın söndürülüb (YENİLƏNİB) (FOTO)

8 İyul 2019 09:00 (UTC+04:00)

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli mağazanın mansardasının yanar konstruksiyaları, şüşə pambıq üzlüyü və mansardaya yığılan əşyalar 70 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

08:00

Bakının Nizami rayonu ərazisində, "Xalqlar dostluğu" metrostansiyasının yaxınlığındakı "Ağ çiçəyim" gül mağazasında yanğın başlayıb.

Movqe.az xəbər verir ki, yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası cəlb olunub.