II və III qrupların imtahan cavabları yaxın iki həftə ərzində açıqlanacaq

8 İyul 2019 10:21 (UTC+04:00)

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün iyulun 7-də keçirilən imtahanların nəticələri yaxın iki həftə ərzində elan olunacaq.

Bu barədə Movqe.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

Mərkəz həmçinin imtahanlarda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını açıqlayıb. Cavablara bu linkdən baxmaq olar.