Tovuzda nənəsinin evindən oğurluq edən şəxs saxlanılıb

8 İyul 2019 12:18 (UTC+04:00)

Tovuz Rayon Polis Şöbəsinə müraciət edən rayonun Qədirli kəndinin qadın sakini ona məxsus evdən qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Movqe.az-a bildiriblər ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən ümumi dəyəri 3000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən, zərərçəkənin yeniyetmə nəvəsi N.Paşayev həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Dindirilmə zamanı o, törətdiyi oğruluq hadisəsini etiraf edib və oğurladığı əşyaları istintaqa təhvil verib.

Faktla bağlı araşdırma aparılır.