Abşeronda 18 yaşlı qız itkin düşüb

8 İyul 2019 12:36 (UTC+04:00)

Abşeron rayonunda 18 yaşlı qız itkin düşüb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Masazır qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini, 2001-ci il təvəllüdlü Babayeva Əminə Zeynal qızı iyulun 2-də saat 12 radələrində evdən işə getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb. Yaxınları qızın çalışdığı Neptun marketlə əlaqə saxlasalar da onu görən olmayıb. Evdən çıxarkən əynində cins şalvar, yaşıl rəngdə köynək, qara idman ayaqqabısı və kürəyə salan qara sumkası olub. Onu görən şəxslərdən Abşeron Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

Əlaqə nöm:(012) 342-02-02