Heydər Əliyev prospektində qəza tıxaca səbəb olub

9 İyul 2019 00:53 (UTC+04:00)
Bakıda qəza tıxaca səbəb olub. Bakı Nəqliyyat Agentliyindən Movqe.az-a verilən məlumata görə, qəza Heydər Əliyev prospektində (metronun Koroğlu stansiyası istiqamətində) baş verib. Hadisə səbəbindən qeyd edilən ərazidə sıxlıq müşahidə olunur.