Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün İrana səfərə gedir
18 May 2013 12:06 (UTC+04:00)
QMİ sədri keçirəcəyi görüşlərdə İranda həbsdə olan
Azərbaycan vətəndaşlarının azad olunmasını da müzakirə
edəcək.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı
Allahşükür Paşazadə bu gün İran İslam Respublikasının paytaxtı
Tehrana gedir. QMİ-dən Mövqe.az-a verilən
məlumata görə, səfər İran prezidenti Mahmud Əhmədinejatın dəvəti
ilə baş tutur.
Şeyx İranın ali dini lideri Seyid Əli Xamneyi, İran prezidenti
Mahmud Əhmədinejad və digər rəsmi şəxslərlə görüş keçirəcək. Görüş
zamanı Şeyx bir sıra məsələlər ilə yanaşı, İranda həbsdə olan
azərbaycanlı alim, AMEA-nın əməkdaşı Xalidə Xalidin və onun
sürücüsü Şamxal Hüseynovun azad olunmasını da müzakirə edəcək.