Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibi tutduğu vəzifədən ayrılıb

9 İyul 2019 13:21 (UTC+04:00)

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova tutduğu vəzifədən ayrılıb.

Bu barədə Movqe.az-a QSC-nin mətbuat şöbəsindən məlumat veriblər.

Bildirilib ki, 4 ildir adıçəkilən vəzifədə çalışan S.Qədirova fəaliyyətini bundan sonra Azərbaycan Voleybol Federasiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi kimi davam etdirəcək.