Bakıda məşhur supermarketdən alınan bulkudan şurup çıxıb

10 İyul 2019 14:10 (UTC+04:00)

Sosial şəbəkələrdə üzərindəki şurupla birgə bişən bulkunun görüntüləri yayılıb. 

“Report”un məlumatına görə, həmin un məmulatının Bakıdakı “Neptun” supermarketindən alındığı bildirilib. 

Üzərindəki çekdən aydın olur ki, bulku iyulun 7-si alınıb və qiyməti 60 qəpik civarındadır. 

“Neptun”dan “Report”a bildirilib ki, supermarketdə satılan büütün məhsullar vitrinə gəlib çıxana kimi bir neçə nəzarətçi tərəfindən yoxlanılır, daha sonra satişa verilir:

“Görüntülərdəki real bir şey deyil. Hər hansı bir anti-reklam olaraq təxribat da ola bilər. Bundan başqa, həmin məhsulun adı açma kasarlı deyil. Burada ziddiyyətli məsələlər çoxdur", - deyə supermarketdən bildirilib.