İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb
20 May 2013 11:15 (UTC+04:00)
Prezident İlham Əliyev ölkəmizdə işgüzar səfərdə olan Yunanıstanın
Baş naziri Antonis Samarasla görüşüb.
Mövqe.az-ın məlumatına görə, görüşdə
Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin
siyasi, iqtisadi, mədəni sahələrdə uğurla inkişaf etdiyi qeyd
olunub. Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığının bundan
sonra da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu
vurğulandığı görüşdə ikitərəfli münasibətlərin Azərbaycan Avropa
İttifaqı əlaqələri baxımından önəmli olduğu bildirilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir
mübadiləsi aparılıb.
Sonra danışıqlar işçi nahar zamanı davam etdirilib.