Bakıda zəncirvari qəza, yaralılar var

20 May 2013 11:27 (UTC+04:00)
Bu gün saat 09:30 radələrində Bakının Səbail rayonu ərazisində zəncirvari yol qəzası baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, qəza Bibiheybət prospektində olub. Hadisə yerinə polis əməkdaşları yollanıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəzada "Hyundai", "Mitsubishi-Pajero", "Toyota-Prado" markalı avtomobillərin də iştirakı ilə 6 maşın toqquşub. Qəzanın baş verməsinə "Hyundai" markalı avtomobilin sürət həddini aşaraq qarşıdakı "Mitsubishi-Pajero"ya çırpılması səbəb olub. Sonradan digər avtomobillər də onlara çırpılıb. Qəzada "Hyundai" və "Mitsubishi-Pajero" markalı avtomobillərin sürücüləri yüngül xəsarət alsalar da, avtomobillərə ciddi ziyan dəyib.

Qəzanın başvermə səbəbləri dəqiqləşdirilir.