Zuğulba çimərliyində xilasediclər döyüldü

11 İyul 2019 11:00 (UTC+04:00)

Zuğulba çimərliyində xilasedicilər sərxoş halda olan şəxslər tərəfindən döyülüb. Movqe.az "Report"-a istinadın xəbər verir ki, sərxoş olan bir neçə şəxs Buzovna qəsəbə sakini, 1980-ci il təvəllüdlü Mehdiyev Ramili və Mahmudov Hüseyni döyüblər. Mehdiyev Ramil qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Hazırda xəsarət alan şəxs aidiyyatı həkimlərin nəzarətinə götürülüb