Dövlət Komitəsi sədrinin qəbul vaxtı dəyişdirilib

11 İyul 2019 13:30 (UTC+04:00)

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyulun 30-da Qax rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Qəbul 25 iyul tarixində keçiriləcək.

Qeyd edək ki, DQİDK sədrinin müavinlərinin keçirəcəyi vətəndaş qəbullarının tarixi dəyişilməz olaraq qalıb. Qəbullar 30 iyul tarixində Zaqatala və Balakən rayonlarında keçiriləcək