Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

12 İyul 2019 09:30 (UTC+04:00)

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 127 m² olan 3 otaqlı ofisin mətbəxində 5 m² sahədə mebel və 1 ədəd məişət avadanlğı yanıb.

Ofisin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.