Fərid Məmmədov vətənə qayıtdı (FOTO)

20 May 2013 11:55 (UTC+04:00)
İsveçdə keçirilən "Eurovision" 2013 mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Fərid Məmmədov vətənə qayıtdı. Mövqe.az-ın verdiyi xəbərə görə, Azərbaycanı ikinci yerə çıxaran təmsilçimiz hava limanında o qədər də təntənəli qarşılanmayıb və media nümayəndələrinin qarşılanma mərasimində iştirak etmədiyi bildirilir.