Fərid Məmmədov ən yaraşıqlı kişi iştirakçı seçildi

20 May 2013 12:01 (UTC+04:00)
"Eurovision 2013" mahnı müsabiqəsində Azərbabaycana 2-cilik qazandıran Fərid Məmmədov vətənə mükafatsız qayıtmır. Mövqe.az-ın məlumatına görə, müsabiqənin favoriti olan təmsilçimiz həm də ən yaraşıqlı kişi iştirakçı seçilərək "Marsel Bezencon Artistik Avard" nominasiyası ilə mükafatlandırılıb. Bu mükafat "Eurovision" müsabiqəsinin şərhçiləri tərəfindən ən çox səs qazanmış iştirakçıya təqdim edilir.

Mükafatın adını daşıdığı Marsel Bezencon isə "Eurovision" müsabiqəsinin ideya müəllifidir.