Bakıda 12 yaşlı oğlan itkin düşdü

13 İyul 2019 09:30 (UTC+04:00)

Bakıda azyaşlı oğlan itkin düşüb.

Trend-in məlumatına görə, paytaxtın Xətai rayonu, 5-ci Rezervuar küçəsi ev 7-də yaşayan, 2007-ci il təvəllüdlü Kərimov Elnur Elman oğlu iyulun 11-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.