Neftçalada yük maşını qəzaya uğrayıb, 1 nəfər xəsarət alıb

14 İyul 2019 11:05 (UTC+04:00)

Neftçala rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Pirəppə kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Shacman” markalı yük maşınının ön təkərləri sıradan çıxıb və nəticədə maşının ön hissəsi yerə çırpılıb. Zərbə nəticəsində yük maşınında olan Cəlilabad rayon sakini, 1981-ci il təvəllüdlü Həsənov Saləddin Tarif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sərnişin Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.