Zidanın ailəsində ağır itki

14 İyul 2019 13:30 (UTC+04:00)

Real Madrid-in baş məşqçisi Zinəddin Zidan ağır itki ilə üzləşib.

Goal.az xəbər verir ki, fransalı mütəxəssisis qardaşı Fərid 54 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

Zidan məhz qardaşına görə Kanadanın Monreal şəhərində hazırlıq prosesində olan komandasının düşərgəsini dünən tərk etmişdi.

Real Madrid rəsmi saytı vasitəsilə Zidanın qardaşının vəfatı ilə qədər başsağlığı verib. Həmçinin komandanın bu gün baş tutan məşqi bir dəqiqəlik sükutla başlayıb.