Azərbaycan İpoteka Fondu istiqrazların növbəti yerləşdirilməsini elan edib

20 May 2013 13:01 (UTC+04:00)
Mayın 20-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankı (AMB) yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) 10 milyon manat həcmində faizli, sənədsiz, təmin edilmiş, adlı istiqrazlarının yeni emissiyasının altıncı hissəsinin yerləşdirilməsi aparılacaq.

BFB-dən Trend-ə verilən məlumata görə, istiqrazlar satışa 100,1917 faiz qiyməti ilə təqdim ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat qismində AMB çıxış edir.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən ötən ay qeydiyyata alınan AİF-in hər birinin nominal dəyəri 1 manat və illk faiz dərəcəsi 3 faiz olan 40 milyon manat həcmində faizli, təmin edilmiş, istiqrazlarının bu emissiyasının (sayca altıncı) yerləşdirilməsi dekabrın 28-də başlayıb. İstiqrazların ödənmə tarixi 6 noyabr 2022-ci ildir. Hazırda bu emissiyadan olan istiqrazlar 19 milyon manat həcmində yerləşdirilib.