“Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr” adlı monoqrafiya nəşr olunub
20 May 2013 13:47 (UTC+04:00)
Mövqe.az-ın məlumatına görə, AMEA-nın
vitse-prezidenti, akademik İsa Həbibbəylinin Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş
"Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr" adlı monoqrafiya
işıq üzü görüb.
Heydər Əliyevin 90 illik yubileyinin Naxçıvan Muxtar
Respublikasında (NMR) keçirilməsi ilə əlaqədar Ali Məclis sədrinin
Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən nəşr olunmuş
monoqrafiyada ümummili lider H.Əliyevin və Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin böyük xidmətlərindən, yeni epoxada NMR-də
gedən ictimai-siyasi proseslərdən və elmi-mədəni hadisələrdən bəhs
edilir.
"Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyində çapdan çıxmış nəşrin elmi
redaktoru fəlsəfə üzrə elmlər doktoru, professor Məmməd Rzayev,
redaktoru tarix üzrə fəlsəfə doktoru, dosent Vaqif Məmmədovdur.
img src="/photos/movqe/aliyevvvvvh.jpg" title="" alt=""
align="left" width="300" style="margin-top: 5px; margin-bottom:
5px; margin-left: 5px; margin-right: 5px"