İstehlaka yararsız məhsullar məhv edilib
20 May 2013 14:55 (UTC+04:00)
Mövqe.az-ın məlumatına görə, İqtisadi İnkişaf Nazirliyi
yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının
Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər
zamanı
Bakının Nəsimi rayonunda
- R.Behbudov küçəsi, ev 65 ünvanında Tural Salamova məxsus "Dalğa"
mağazasında;
Nərimanov rayonunda
- Z.Xəlil və V.Mayakovski küçələrinin kəsişməsində Arif Məmmədova
məxsus mağazada;
- Ə.Əlizadə küçəsi, ev 42/9 ünvanında Sadiqə Abdullayevaya məxsus
"Viola" mağazasında;
Sumqayıt şəhərində
- 17-ci mikrorayon, Nizami küçəsi, ev 121 ünvanında İlqar Bəhlulova
məxsus "Nərgiz" mağazasında;
- 12-ci mikrorayon, ev 4 ünvanında Səfayə Dəmirovaya məxsus
mağazada;
- 11-ci mikrorayon, ev 34 ünvanında İlqar Alıyevə məxsus
mağazada;
Xaçmaz şəhərində
- 20 Yanvar küçəsində Vüsal Abidova məxsus mağazada;
- 28 May küçəsində Coşqun İskəndərova məxsus mağazada saxlama
müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun
olmayan malların satıldığı aşkarlanıb.
Binəqədi rayonunda
- M.Rəsulzadə qəsəbəsi, 6-cı mikrorayon, Davudoğlu küçəsi, ev 17
ünvanında Elşən Behbudova məxsus "A.M.İ" mağazasında;
Səbail rayonunda
- Q.Abbasov küçəsi, ev 32 ünvanında Mehdi Əliyevə məxsus "Express"
mağazasında;
Yasamal rayonunda
- Ə.Hüseynzadə küçəsi, ev 64 ünvanında Məmməd Fərzəliyevə məxsus
"Star" mağazasında;
Gəncə şəhərində
- Xətai prospekti, ev 1 ünvanında Ulduz Əkbərovaya və Ayaz Qədirova
məxsus mağazalarda;
- N.Nərimanov prospektində Arzu Əliyevaya məxsus mağazada;
- Sadıllı qəsəbəsi, "Kəpəz Bazarı" ATSC-nin arxasında Famil
Abbasova məxsus mağazada;
Göyçay şəhərində
- Natəvan küçəsində Zamir Abbasova məxsus mağazada;
- Nizami küçəsində İlham Məmmədova məxsus "İnci" mağazasında;
- Natəvan küçəsində Rövşən Hüseynova məxsus mağazada;
- Atatürk küçəsində Mahirə Şirinovaya məxsus mağazada;
Xaçmaz şəhərində
- 20 Yanvar küçəsində Tofik Abbasova məxsus mağazada;
- M.Ə.Rəsulazadə küçəsində Telman Hüseynova məxsus mağazada saxlama
müddəti ötmüş malların satıldığı müəyyən edilib.
Ümumilikdə, monitorinqlər zamanı 410 kq-a yaxın saxlama müddəti
ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq
malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati
cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların
satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli
telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının
Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2
Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.