Beyons: "Hamilə deyiləm"

20 May 2013 14:51 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Rep ulduzu Jay-Z ilə evli olan ABŞ-ın məşhur müğənni Beyons ikinci körpəsinə hamilə olduğu xəbərlərini təkzib edib. Belçikada konsertinin, "bədənin su itirməsi və halsızlıq" səbəbiylə təxirə salınması və qarnının qabarıq görülməsinin ardınca müğənninin hamilə olduğu iddia edilmişdi. Beyons iddialara "Instragram"dan səslənərək "dedi-qoduların çıxmasının qarşısını ala bilmirəm. Əlimdən gələn tək şey bu insanlara gülməkdir "deyərək cavab verib.