Səhiyyə Nazirliyi Şəkidə xəsarət alanların son vəziyyətini açıqlayıb

16 İyul 2019 12:52 (UTC+04:00)

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının qarşısındakı çinarın budaqlarının aşması nətiəsində xəsarət alanların son vəziyyətini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.

Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədovun vəziyyəti isə orta ağırdır.