Qarabağ Çempionlar Liqasında növbəti oyununa çıxır

17 İyul 2019 10:36 (UTC+04:00)

Azərbaycan çempionu Qarabağ bu gün UEFA Çempionlar Liqasında növbəti matçını keçirəcək.

Goal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Albaniya çempionu Partizani-ni qəbul edəcək. “Dalğa Arena”da keçiriləcək görüş saat 21:00-da başlayacaq.

Tirandakı ilk qarşılaşmada qolsuz heş-heçə qeydə alındığı üçün istənilən qollu bərabərlik qonaqlara sərf edir. Bu üzdən “Qarabağ” müdafiədə maksimum diqqətli olmalıdır.

Qeyd edək ki, Qarabağ - Partizani səddini keçəcəyi halda, II təsnifat mərhələsində Dundalk” (İrlandiya) - “Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq. Əks halda, Avropa Liqasında eyni raundda Moldova Seriff-i ilə üz-üzə gələcək.

Çempionlar Liqası

I təsnifat mərhələsi, cavab oyunu

“Qarabağ” (Azərbaycan) – “Partizani” (Albaniya)

Baş hakim: Dumitru Muntyan

Yan xətt hakimləri: Vladislav Lifçu və Andrey Bodyan

Dördüncü hakim: Aleksandru Tyan (hakimlər briqadası Moldovadandır)

Hakim-inspektor: Uilyam Yanq (Şotlandiya)

UEFA nümayəndəsi: Maykl Foster (İngiltərə)