"Super varlı" ər axtarılır

20 May 2013 16:05 (UTC+04:00)

"Oscar" mükafatlı məşhur ulduz Jeyn Fonda, bir bacı kimi gördüyü rəfiqəsi Kameron Diaz üçün "super varlı" bir ər axtarır. Movqe.Az "National Enquirer" qəzetində iştirak edən xəbərə istinadən bildirir ki, "tənha sarışın" olmaqdan bezən Diaz, "bank dəyəri yüksək" bir ər mövzusunda Jeyn Fondadan təcili olaraq kömək istəyib. Jeyn Fonda, Diaza, siyasətə daha çox maraq göstərməsini və siyasi bir fəal olmasını tövsiyə edib və beləliklə də çox varlı bir ər tapma yolunun açılacağını bildirib. Fonda, daha da irəli gedərək, Diaza "Forbes" jurnalının "milyarder iş adamları" siyahısında yer alan 41 yaşlı Elon Maskı tövsiyyə edib. Qəzet, Kameron Diaz ilə Elon Maskın artıq tanış olduqlarını da yazıb.