Radikallar yenə sponsor axtarışındadır

18 İyul 2019 07:50 (UTC+04:00)

Bu gün Azərbaycan cəmiyyətinin müxalif qüvvələri-radikallar başda olmaqla-vaxtilə “cəbhə” adlanan təşkilatın sınmış qol-qanadlarından yaranan “güc”lərdir. Bu amil də radikalların xarakterlərinin əsas cizgilərinin formalaşmasında mühüm rol oynayıb. Bir vaxtlar cəbhə ölkədə aparıcı qüvvə olsa da, sonradan, yəni qaragüruhçuluqdan işə keçəndə onn bütün mənfilikləri üzə çıxdı və bu günə gəlib çatan minusları stimullaşdırdı.

Azərbaycan Xalq Cəbhəsi Təşkilatında “qəribə demokratiya” müəyyənləşdirilmişdi. Məsələn, bir  özək təşkilatında, guya demokratiyanın aliliyini təmin etmək üçün hər gün üчün təşkilata yeni bir sədr təyin etmişdilər. Yəni, həftənin hər günü bir nəfər özəyə rəhbərlik edirdilər. Bugünkü sədr dünənki sədrin işlərindən xəbərsiz olurdu, yaxud lap xəbəri olsa da, özü məsələnin həllini başqa səmtdə gördüyündən hamını o səmtə yönəldirdi. Və təbii ki, səhərisi sədrlik edən də bir başqa səmti seçirdi. Beləcə, hamı hara isə qaşırdı, iş isə yerində sayırdı. Və bu demokratik təşkilatda yuxarıdan bir nəfər nə deyirdisə, onu da edirdilər. Belə bir hal göstərirdiki, AXCP-nın mayası səhv yoğrulmuşdu və qarışıqlıq yaratmaqdan başqa heç nəyə yaramırdı.

Belə bir strukturun bəhrəsi o oldu ki, sonralar cəbhə ayrı-ayrı şəxslərin simasında parçalandı. Bu adamların içərisində dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik. Qalanların bəziləri satqın çıxıb ölkəni tərk ediblər. Bəzilərinin varlıqları yoxluqlarına bərabərdir. Bəziləri də aşağı-yuxarı baxıb, vəziyyətin onlarlıq olmadığını anlayıblar və indi zikr etməklə məşğuldurlar. Bəziləri də özlərinə “radikal” deyib başlayıblar orda-burda sponsor axtarışına. İndiyə qədər bu adamların işləri babat getsə də indi onların da bazarı bağlanıb, ara-sıra hərdən qrant-filan olsa da, ümumən “əlləri ətəklərindən uzun” qalıblar ortalıqda. Çünki, qrant məsələsi çox müşkülə düşüb.

Azərbaycan həqiqətləri getdikcə daha çox yayılır və təqdir olunur. Bu amil bəs edir ki, xarici pozucu qüvvələrin oxu daşa dəysin. Məntiqi şəkildə əcnəbi ağaların göstərişlərinə ləbbey deyən radikalların da fəaliyyəti mənasız olur. Bu səbəbdən xaricdən boşa gedən qrantların verilməsi zəifləyib. Məhz pozucu qüvvələrin cibindən asılı olanların səsləri çıxmır. Çıxanlar da nala-mıxa döyməkdən və tutuquşu kimi eyni böhtanları təkrarlamaqdan başqa əllərindən bir iş gəlmir. Axı, böhtanın sanballı olmçası üçün yaxş qrant olmalıdır. Maliyyə gəlmirsə, radikalların böhtan uydurmaq istedadları da öləziyir. 

Azərbaycan diplomatiyasının uğurlu gedişləri ölkəmizi suçlayanların dillərini qıfıllayıb. Çünki, real həyat gerçəklikləri fonunda hərəkət edən diplomatlarımız xarici tərəfdaşlara məslənin həqiqi mahiyyəti baxımından təkliflər verir və reak iş görməyə çağırırlar. Böhtanların arxasında kimdənsə nəyisə qoparmaq durursa, həqiqət qarşılıqlı mənfəəti tərcih edir. Belə bir mövqedən qaçmaq siyasi ağılsızlıqdan başqa bir şey deyil və buna görə də Azərbaycanın tərəfdarları hər gün artır, beynəlxalq mövqeyi güclənir. Pozuculuqda ad çıxaran radikallar isə bu gücün məngənəsində sıxılırlar. 

N.NOVRUZ