Bakıda Türkiyə vətəndaşı qarət olunub

18 İyul 2019 10:40 (UTC+04:00)
Bakıda Türkiyə vətəndaşı qarət olunub. Nocqe.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində baş verib. Türkiyə vətəndaşı, 1981-ci il təvəllüdlü Ezel Rəna Yusif qızı polisə müraciət edərək bildirib ki həmin ünvanda onun 150 manatını və bank kartlarını oğurlayıblar. Faktla bağlı araşdırma aparılır.