Antalyada azərbaycanlıların olduğu avtobus aşdı - ADLAR Antalyada azərbaycanlıların olduğu avtobus aşdı - ADLAR

18 İyul 2019 11:00 (UTC+04:00)
Türkiyədə azərbaycanlıların olduğu avtobus qəza törədib. Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə ötən gün Antalyanın Manavqat vilayətində baş verib. Turistləri daşıyan avtobus idarəetməni itirərək yoldan çıxaraq aşıb. Avtobusun dərəyə aşması nəticəsində Məmmədovlar ailəsinin 5 üzvü müxtəlif dərəcəli xəsarətlər alıb: Elşən Məmmədov, Şəfəq Məmmədova, Nur Məmmədov, Ceyran Məmmədova və Əsma Məmmədova. Hadisə yerinə cəlb olunan təcili yardım briqadası xəsarət alan şəxsləri xəstəxanaya çatdırıblar. Onların vəziyyətinin yaxşı olduğu deyilir.