4219 abonentin qaz təchizatı dayandırılacaq

18 İyul 2019 11:30 (UTC+04:00)
Bəzi ərazilərin təbii qaz təchizatı dayandırılacaq. "Azəriqaz" İstehsalat Birliyindən Movqe.az-a verilən məlumata görə, qaz təchizatı şəbəkəsində itkilərin qarşısının alınması məqsədilə "Zərdab-Ucar" avtomobil yolu istiqamətində orta təzyiqli yeraltı və yerüstü qaz xətlərinin sınaq işləri ilə bağlı qaz təchizatının dayandırılmasına zərurət yaranıb. Bu gün saat 14:00-dan işlər bitənədək qeyd edilən ərazidə 4 kənd, 5 qaçqın ailəsi və 32 hektar yaşayış sahəsi daxil olmaqla 1219 abonentin qaz təchizatı dayandırılacaq.