"Mənə görə kişilər arasında mübarizə gedib"

18 İyul 2019 15:35 (UTC+04:00)

Tanınmış xanəndə Gülüstan Əliyeva Muz TV-də Samir Bayramlının aparıcılığı ilə yayımlanan "Söhbətsiz" verilişində qonaq olub.

Movqe.az  bildirir ki, Əliyeva sənəti və şəxsi həyatı barədə önəmli açıqlamalar verib:

"Əks cinsin mənə diqqətinin olmağı təbiidir. Mənim uğrumda kişilər arasında mübarizə də gedib və bu təbiidir. Niyə də olmasın?"

Əməkdar artist həyat yoldaşı barədə də danışıb:

"Mən illər öncə seçimimi etdim. Azərbaycan üçün  çox ağır olan illərdə, müharibə dövründə seçimimi edərək, vətənpərvər, torpağını, vətənini, ailəsini sevən, valideynlərinə hörmətlə yanaşan insanla ailə qurdum. Bu seçmimdən sonra aqrar bir rayona gəlin köçdüm. Seçim anı gələndə qadın əsl kişini seçməlidir".

Aparıcının "müsahibələrinizin birində indi də sevirəm və sevilirəm, amma ilk sevgimin yerini heç kim verə bilməz demisiniz. Bu, doğrudurmu" sualına G.Əliyeva belə cavab verib:

"Bəli, indi də sevirəm. Ümumiyyətlə, yaradıcı insanlar üçün sevgi bir stimuldur. İki nəvəm var, onları da sevirəm".