İngiltərədə ingilis bayrağı qadağan edildi

20 May 2013 17:22 (UTC+04:00)

İngiltərədən maraqlı bir qadağa xəbəri gəlib. Movqe.Az "Bristol Post"un xəbərinə istinadən bildirir ki, İngiltərədə bir qəsəbə məclisi, öz bayraqlarını qadağan etdiklərini iddia ediblər. Cənub-qərb İngiltərədəki "Radstock" qəsəbəsinin bələdiyyə məclisi, İngiltərə bayrağı (Britaniya bayrağı yox) qəsəbədə oturan müsəlman vətəndaşlara səlib yürüşlərini xatırladıb narahat etdiyi səbəbiylə istifadə edilməsinə icazə verilməyəcəyini açıqlayıb. "St. Georges" bayrağı olaraq da bilinən İngiltərə bayrağı, ağ fonda üzərində qırmızı xaçda ibarətdir. Universitetdə müəllim olan Bələdiyyə Məclis Üzvü Eleanor Cekson, bayrağın səlib yürüşləri əsnasında ingilis əsgərlər tərəfindən istifadə edildiyini və bunun müsəlman vətəndaşlar arasında narahatlığa gətirib çıxaracağını müdafiə edib. Milli vətənpərvər qrupu olaraq bilinən "Kral St. Georges Cəmiyyəti"nin başçısı Con Klements, bu xəbərə narazılığını bildirib.Bundan əlavə, Klements milli bayrağa senzura qoymağı əl birliyiylə hüquqsuzluğa səbəb olmaq şəklində xarakterizə edib.