“Azəriqaz” təcili səyyar xidmət yaradıb

19 İyul 2019 11:56 (UTC+04:00)

“Azəriqaz” İstehsalat Birliyi inzibati binasında (Bakı şəhəri, Yusif Səfərov küçəsi 23) təcili səyyar xidmət yaradılıb. Birliyin inzibati binasının birinci mərtəbəsində, həmçinin Mərdəkan, Xırdalan, Maştağa xidmət sahələrində şənbə və bazar günləri abonentlərə saat 09:00-dan 18:00-dək xidmət göstəriləcək.

Movqe.az xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.