Sabirabadda internetin insanlara müsbət və mənfi təsirləri müzakirə olunacaq
5 May 2012 20:56 (UTC+04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (ADUPDK)
Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi, eləcə də Sabirabad rayon
Təhsil Şöbəsinin təşkilatçılığı ilə Sabirabadda mayın 8-də
"İnternetin insanlara müsbət və mənfi təsiri" mövzusunda tədbir
keçiriləcək. Movqe.az xəbər portalına
bu barədə ADUPDK Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin məsul
işçisi Rauf Qarayev məlumat verib.
Onun sözlərinə görə, Sabirabad Dövlət Sosial-İqtisad Kollecində
təşkil olunacaq tədbirin məqsədi uşaqların internetdən daha düzgün
istifadəsinə nail olmaqdır: "Təəssüf ki, internetdən gənclərimiz
cox zaman əyləncə vasitəsi kimi istifadə edir. Amma içərilərində
ondan təhsil baxımından istifadə edənlər də var. Mənfi cəhətlərdən
biri odur ki, bəzi hallarda onlar internetin mahiyyətini
anlamırlar.
Məhz bu səbəbdən, internetin tarixi, yaranması və s. kimi
məsələlərlə bağlı bir aya yaxındır ki, maarifləndirmə işi aparırıq.
Onu da qeyd edim ki, əsasən internet mövzusu oğlanları
maraqlandırır. Qızlar isə bu müzakirələrdə çox passivdirlər.
Uşaqlarda internetlə bağlı düzgün fikir formalaşdırmaq üçün
apardığımız təbliğati tədbirlər davam etdiriləcək".
Tural QABİLOĞLU