Googledan daha bir yenilik :Elektron-Pul qabı

20 May 2013 17:11 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Google daha bir yenilik etməyə hazırlaşır: Elektron-Pul qabı. Artıq "Pul yüklə" düyməsiylə Gmaildə pul göndərmək mümkün olur. "Google Wallet" adlanan pulqabı tətbiqinin banklara rəqib olacağa gözlənilir. Artıq Gmail istifadəçiləri fotoşəkil və ya hər hansı bir sənəd əlavə etdikləri kimi e-məktublarına pul göndərə biləcək. Yayda aktiv olacaq xidmət ilk olaraq ABŞ-dakı (18 yaş və yuxartı yaşlar) istifadəçilərinin xidmətinə veriləcək. Google, kredit kartı və ya bank kartı ilə ediləcək pul göndərmə əməliyyatlarında isə hər əməliyyata 2.9 faiz (ən aşağı 0.30 dollar) komissiya alacaq.