Mikayıl Cabbarov Şirvan şəhərində bir neçə rayonundan olan vətəndaşları qəbul edəcək

20 May 2013 17:00 (UTC+04:00)
Mövqe.az-ın məlumatına görə, 25 may 2013-cü il tarixində saat 10:00-da təhsil naziri Mikayıl Cabbarov Şirvan şəhər Mərkəzi Mədəniyyət Evində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Şirvan şəhərində və Salyan, Neftçala, Biləsuvar, Saatlı, Sabirabad, İmişli, Hacıqabul, Kürdəmir rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinin 146 nömrəli telefonuna və ya [email protected] elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.